Nigerdə silahlı hücum zamanı 71 nəfər ölüb


  • 10:33

Nigerin Tillaberi bölgəsində törədilən terror aktı nəticəsində 71 mülki vətəndaş həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, əyalətin Manda kəndinin sakinləri naməlum silahlı terrorçuların hücumuna məruz qalıb.

Namazdan sonra məscidin həyətinə toplaşan camaatı hədəf alan hücumda 71 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

Tillaberi "üç ölkənin sərhədi" kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir. Sözügedən sərhəd xətti 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez hücuma məruz qalır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər