- 16:14
Ukrayna prezidenti Volodimir Zelenski 24-25 iyun 2025-ci il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO sammiti çərçivəsində ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, Zelenski bu barədə “Sky News”a müsahibəsində bildirib.
Jurnalistin Trampın Putinlə ondan daha yaxşı münasibətdə olduğunu hiss edib-etməməsi ilə bağlı sualını cavablandıran Ukrayna prezidenti qeyd edib ki, işlər o qədər də sadə deyil: "Bu, çox çətin sualdır. Mən, həqiqətən də, Trampın Putinlə hansı münasibəti olduğunu bilmirəm. Əminəm ki, prezident Tramp ukraynalıların Amerikanın müttəfiqləri olduğunu başa düşür. Amerikanın əsl ekzistensial düşməni isə Rusiyadır. Onlar heç vaxt dost olmayacaqlar. Onlar qısa müddətə tərəfdaş ola bilərlər, amma dost ola bilməzlər".
Humay Eminqızı