- 17:09
İran Qətərlə münasibətləri gücləndirməyə hazırdır və Dohanın regionda eskalasiyanı azaltmaq üçün vasitəçilik səylərini yüksək qiymətləndirir.
E-huquq.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə telefon danışığı zamanı bildirib.
Təxt-Rəvançi İran və Qətər arasında dostluq və möhkəm münasibətlərə işarə edərək, İranın mehriban qonşuluq və qarşılıqlı maraqlar prinsipi əsasında ikitərəfli əlaqələri davam etdirmək və gücləndirmək istəyini bir daha vurğulayıb.
Humay Eminqızı