- 16:14
Eko-aktivist Monreal İncəsənət Muzeyində Pablo Pikassonun 1901-ci ildə çəkdiyi "L'htare" tablosunu üzərinə çəhrayı boya tökərək onu korlamağa çalışıb.
E-huquq.az ”Lenta.ru”ya istinadən xəbər verir ki, gənc özünü “Kanadanın Son Nəsil” ekoloji hərəkatının üzvü kimi təqdim edib və etiraz aksiyasını büdcə vəsaitlərinin səmərəsiz bölüşdürülməsi kimi izah edib.
Onun fikrincə, hakimiyyət vətəndaşlara nisbətən incəsənətə qeyri-mütənasib şəkildə daha çox pul xərcləyir.
Fəal saxlanılsa da, məhkəmədən sonra sərbəst buraxılıb.
Rəsmin zədələnmədiyi, qoruyucu şüşə ilə qorunduğu bildirilib.
Humay Eminqızı