- 17:09
Türkiyənin Trabzon şəhərində kütləvi zəhərlənmə baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Trabzonun Hayrat rayonunda halı pisləşən 59 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.
Bir müddət sonra zərərçəkmişlər xəstəxanadan evə buraxılıblar.
Onların yas mərasimində yedikləri toyuq və düyüdən zəhərləndiyi ehtimal edilir.
Trabzon valiliyi hadisə ilə bağlı araşdırma hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Qidalardan götürülən nümunələr laboratoriyaya göndərilib.
Şəbnəm Mehdizadə