Qəzzada ölənlərin sayı 56 082 nəfərə çatdı


  • 17:09

İsrailin Qəzzaya hücumları nəticəsində xəstəxanalara son 48 saatda 84 ölü, 289 yaralı gətirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5 759 fələstinli həyatını itirib, 19 807 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 56 082-yə, yaralıların sayı isə 131 848-ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər