ABŞ Avropada hərbi qüvvələrinin sayını azaltmağı nəzərdən keçirir


  • 24 İyun 19:53

ABŞ Avropadakı hərbi kontingentinin sayını azaldmaq imkanını nəzərdən keçirir.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp tərəfindən Avropa Komandanlığının (EUCOM) rəhbəri vəzifəsinə namizəd göstərilən general-leytenant Aleksus Grinkevich bildirib.

“Avropa strateji nöqtədir və buradan dünyanın istənilən regionuna hərbi qüvvələr göndərmək mümkündür. Hərbi kontingentin azaldılması ilə bağlı hələ yekun qərar verilmir, hazırda bu məsələ üzrə araşdırmalar aparılır",- o qeyd edib.

Oxşar xəbərlər