Məzmuna keç

İran hava məkanını beynəlxalq reyslərə açdı

İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.

E-huquq.az xəbər verir ki, bunu “Flightradar24” xidməti təsdiqləyib.

"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", – xidmətin “X” sosial şəbəkəsində bildirilir.

Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.