- 16:04
İranın “Urmiya” həbsxanasında İsrailin “Mossad” kəşfiyyat agentliyinə casusluqda ittiham olunan 3 nəfər edam edilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məhkumlar spirtli içki adı altında ölkəyə terror aktları törətmək üçün avadanlıq gətirməyə cəhd ediblər.
Humay Eminqızı