- 17:51
İsrail ordusu səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində hücumlarını davam etdirir.
E-huquq.az xarici mənbələrə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzzanın şimalındakı Cibaliya qəsəbəsinə təşkil etdiyi hücumda 3 nəfər ölüb.
İsrailin Qəzzanın cənubundakı Şucayyə məhəlləsində bir evi hədəf alması nəticəsində 12 fələstinli həyatını itirib, digərləri isə yaralanıb.
Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalındakı bir evə olunan hava hücumunda 6, Deyr əl-Bəlahda isə 4 fələstinli həlak olub
Qəzza vadisinin cənubundakı Səlahəddin küçəsində kömək gözləyən insanlara hücum zamanı isə 7 fələstinli ölüb, 2-si ağır olmaqla 18 nəfər yaralanıb.
Humay Eminqızı