- 20:24
Kanadada hava limanında müsəlman qadından hicabını çıxartmağının tələb edilməsi etirazlara səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə "Toronto Pearson" hava limanında yaşanıb.
Belə ki, "Flair" aviaşirkətinin əməkdaşı sərnişindən hicabını çıxarmasını istəyib.
Qadın və həyat yoldaşı buna etiraz edib. Lakin aviaşirkət işçisi ondan pasport şəklini yeniləməli olduğunu tələb edib.
Sərnişinin qızı yaşanan bu hadisəni din azadlığının və insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Şəbnəm Mehdizadə