Türkiyədə çoban gənə dişləməsindən ölüb


  • 16:03

Türkiyədə gənə dişləməsi nəticəsində Krım-Konqo qızdırmasına yoluxan 39 yaşlı çoban həyatını itirib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gümüşhanenin Şiran rayonunda çobanlıq edən Alaattin Uzuntürkü bir həftə əvvəl gənə dişləyib.

Bir müddət sonra halı pisləşən Uzuntürk yaxınları tərəfindən Kürtün Dövlət Xəstəxanasına aparılıb.

Vəziyyəti pisləşən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər