Rusiyada zəncirvari qəzada 7 nəfər yaralandı


  • 16:04

Rusiyanın Kemerovo şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yük maşınının əyləcinin nasaz olması səbəbindən baş verən qəzada 27 nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 7 nəfər yaralanıb.

Qəzanın yerli vaxtla təxminən saat 17:30-da, Loqovoe şossesində baş verdiyi bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər