Körpələrin oyuncaq seçimləri onların zəka səviyyəsindən xəbər verir


  • 16:38

İnsanın körpə vaxtı sərgilədiyi davranışları gələcəkdə onun zəka səviyyəsini proqnozlaşdırmağa imkan yaradır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri bununla bağlı araşdırma aparıb.

Kolorado Boulder Universitetində 1000-dən çox əkiz uşaq üzərində tədqiqat aparılıb.

Tədqiqat bəzi davranışların sonrakı illərdə idrak performansının ən güclü proqnozlaşdırıcıları olduğunu müəyyən edib.

Hətta körpələrin oyuncaq seçimləri illər sonra IQ testinin nəticələrini təxminən 13 faiz proqnozlaşdıra bilər. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu məlumatlar intellektin sabit olması demək deyil, yalnız beyin inkişafının necə erkən başladığını göstərir.

Əkizlər üzərində aparılan bu uzunmüddətli araşdırma, zəkanın inkişafında həm genetik, həm də ətraf mühit faktorlarının rol oynadığını sübut edib. Uşaqlar böyüdükcə genetik təsirlər artsa da, araşdırma, xüsusilə ilk bir və ya iki ildə ətraf mühitin təsirlərinin böyüklərin zəkasına yüzdə 10 qalıcı təsir göstərdiyini ortaya qoyub.

Başqa sözlə, hətta məktəbəqədər dövr də insanın gələcək həyatının formalaşmasında mühüm rol oynayır.

Tədqiqatın müəlliflərindən biri professor Çandra Reynolds, tapıntıların təkcə akademik müvəffəqiyyət və ya iş performansı üçün deyil, həm də qocalıqda demans kimi xəstəliklərin riskini anlamaq üçün əhəmiyyətli olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər