Tramp - Zelenski görüşünün təfərrüatı açıqlandı - YENİLƏNDİ


  • 19:45

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Prezident Trampla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab prezidentə təşəkkür edirəm, ABŞ-a təşəkkür edirəm. Biz atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq", - deyə Zelenski yazıb.

O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq.

Daha əvvəl Ukrayna mətbuatı yazmışdı ki, Zelenski və Tramp təxminən 40 dəqiqə danışıblar.

***

17.19

ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Obşestvennoe” telekanalı yayıb.

Görüş Haaqada NATO sammiti çərçivəsində baş tutur.

Oxşar xəbərlər