Belçikada yüzlərlə işçi tətil edib


  • 17:51

Belçikada işçilər bir günlük tətilə başlayıblar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət və özəl sektorunda çalışan bir çox işçi federal hökumətin planlaşdırdığı qənaət tədbirlərinə, o cümlədən işsizlik və pensiya kimi sosial xərclərin azaldılmasına etiraz etmək üçün bir günlük tətil edib.

Paytaxt Brüsseldə ictimai nəqliyyat sistemi (STİB) işçilərinin tətili səbəbindən şəhərdə əksər metro, avtobus və tramvay xidmətləri ləğv edilib.

Belçikanın Brüssel və Şarlerua hava limanlarında işçilərin tətili ilə bütün uçuşlar ləğv edilib. “Charleroi” hava limanı həm gediş, həm də eniş üçün bağlanıb, az sayda təyyarə isə Brüssel hava limanına enib.
Tətillə yanaşı, Brüsseldə minlərlə insan hökumətin siyasətinə qarşı nümayiş keçirib.

Yürüşlə əlaqədar Brüsselin mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb.

Bu çərçivədə ölkədə 13 yanvar, 13 fevral, 31 mart və 29 aprel tarixlərində müxtəlif tətillər keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər