- 25 İyun 19:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla mövcud problemlərin davamlı və sülh yolu ilə həllinin yalnız diplomatik vasitələrlə mümkün olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
“İranla problemlərin davamlı həlli diplomatiya və danışıqlar yolu ilə mümkündür. Müharibə və dağıntı heç nəyə nail olmayacaq,” - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan, həmçinin İsrail və İran arasında əldə olunmuş atəşkəsi və ABŞ Prezidenti Donald Trampın bu prosesdəki rolunu yüksək qiymətləndirib:
“Biz Trampın səyləri sayəsində əldə edilən atəşkəsi alqışlayırıq".