- 09:23
Türkiyənin İzmir şəhərində meşə yanğını başlayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirin Aliağa rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Getdikcə güclənən yanğın ətrafa yayılıb.
Əraziyə İzmir Meşə Regional idarəsinə məxsus 7 təyyarə, 14 helikopter, 24 su tenderi, 16 su təchizatı maşını və su tankeri və 6 dozer göndərilib.
Hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Zərərçəkmişlər isə xəstəxanaya aparılıb.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı məsələni nəzarətə götürüb.
İzmir valisi Süleyman Elban hadisə yerinə baş çəkib.
Şəbnəm Mehdizadə