- 09:23
Fransada güclü fırtına bir sıra fəsadlar törədib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, fırtına Milli Assambleyanın fəaliyyətinin dayanmasına səbəb olub.
Belə ki, Milli Assambleyanın Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün keçirilən sessiyasında tribunada çıxış edən Fransanın baş naziri Fransua Bayrunun başına su damcılayıb.
Sosialist Partiyasının (PS) baş katibi Olivye For sosial media hesabında Parisi viflic edən fırtınanın Assambleyanın tavanına vurduğu ziyanla bağlı fotolar paylaşıb.
Fransa Meteorologiya Xidmətindən bildirilib ki, Normandiya bölgəsində küləyin sürəti saatda 120 kilometrə çatıb.
Fırtına ilə əlaqədar 42 əyalət üçün narıncı xəbərdarlıq elan verilib.
Paris Orli Hava Limanında fırtına səbəbindən ehtiyat tədbiri olaraq uçuşların sayı 20 faiz azaldılıb, yerli vaxtla saat 16:00-dan etibarən Auvergne bölgəsində qatarların hərəkəti dayandırılıb.
Paytaxt Parisdə fırtınada ağacların aşması nəticəsində iki əyalətdə 2 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə