- 17:07
İranın şərqində və cənub-şərqində yerli və beynəlxalq uçuşlar bərpa edilib.
E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Yollar və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid İxvan mövzu ilə bağlı verdiyi açıqlamada təhlükəsizliyin tam təmin edilməsi üçün müvafiq qurumların razılığı ilə ölkənin şərq və cənub-şərq bölgələrinin uçuşlara açıldığını bildirib.
Lakin şimal, cənub və qərbindəki bütün hava limanları, o cümlədən Tehranın İmam Xomeyni və Mehrabad hava limanları növbəti xəbərdarlığa qədər uçuşlara bağlıdır.
Şəbnəm Mehdizadə