İranın ali lideri ABŞ-ni hədələdi


  • 16:16

İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir.

E-huquq.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.

Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə - Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.

Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.

Oxşar xəbərlər