Türkiyədə zəncirvari qəza: 4 nəfər yaralandı


  • 16:35

Türkiyənin Samsun şəhərində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər