- 21:07
ABŞ-də sərnişin təyyarəsi mühərrikində yaranmış texniki nasazlıq səbəbindən Las-Veqas hava limanına məcburi eniş edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "American Airlines" aviaşirkətinə məxsus "Airbus A321" tipli sərnişin təyyarəsi Las-Veqasdakı "Harry Reid" Beynəlxalq Hava Limanından Şimali Karolinadakı "Charlotte Douglas" Beynəlxalq Hava Limanına getmək üçün havaya qalxdıqdan qısa müddət sonra mühərrikində texniki problem aşkar edilib.
Təyyarə havaya qalxdığı Las Veqasa qayıtmaq məcburiyyətində qalıb. Uçuş zamanı təyyarənin göyərtəsində 153 sərnişin və 6 ekipaj üzvü olub. Eniş zamanı xəsarət alan olmayıb.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı araşdırmaya başladığını və problem aradan qaldırılana qədər təyyarənin xidmətdən kənarlaşdırıldığını bildirib.
Sosial mediada paylaşılan videoda təyyarənin sağ mühərrikindən tüstü və alov çıxdığı müşahidə olunub.
Şəbnəm Mehdizadə