Polşa Ottava müqaviləsindən çıxır


  • 17:07

Polşa minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxır.

E-huquq.az xəbər verir ki, bu barədə Polşanın "TVP World" televiziyası məlumat yayıb.

Bildirilib ki, ölkə parlamentinin aşağı palatası olan Seymdə piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxmaq üçün səsvermə keçirilib.

431 millət vəkilinin iştirak etdiyi səsvermədə Ottava müqaviləsindən çıxmaq qərarı 413 “hə” və 15 “xeyr” səsi ilə təsdiqlənib. Üç deputat səsvermədə bitərəf qalıb.

Qərar Senat, Polşa parlamentinin yuxarı palatası və prezident tərəfindən təsdiqlənməlidir. Polşa Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər iştirakçı ölkələrə qərar barədə məlumat verdikdən 6 ay sonra ehtiyat toplama və mina qoymaq hüququ qazanacaq.

Polşanın müdafiə naziri Wladislaw Kosiniak-Kamysz razılaşmadan çıxmağın ölkənin təhlükəsizliyi üçün kritik olduğunu deyib. "Polşa vətənimizin müdafiəsinə mane olan dəli gödəkçəsinə soxulmamalıdır", - deyə o bildirib.

Polşa hakimiyyəti minaları ölkənin Rusiyanın Kalininqrad vilayəti və Belarusla sərhədləri boyunca müdafiəsini gücləndirmək üçün zəruri vasitə hesab edir.

Qeyd edək ki, Litva, Estoniya, Latviya və Finlandiya da Ottava müqaviləsindən çıxmaq prosesinə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər