Hindistanda qəzaya uğrayan təyyarənin qara qutularından məlumatlar çıxarılıb


  • 17:20

Hindistanda iyunun 12-də qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus təyyarənin qara qutularından məlumatlar təhlükəsiz şəkildə çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti Hindistan Mülki Aviasiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nəşr istintaq qrupunun qəzaya uğramış təyyarənin qara qutularından məlumatları təhlükəsiz şəkildə çıxardığını və cihazların yaddaş moduluna daxil ola bildiyini yazıb.

"Təhlillər davam edir. Bu səylər qəzaya səbəb olan hadisələrin ardıcıllığını yenidən qurmaq, aviasiya təhlükəsizliyini artırmaq və gələcək insidentlərin qarşısını almaq üçün töhfə verən amilləri müəyyən etmək məqsədi daşıyır", - yazıda qeyd olunub.

Əhmədabaddakı "Sardar Vallabhbhai Patel" Beynəlxalq Hava Limanından London "Gatwick" Hava Limanına uçan "Air India 171" sərnişin təyyarəsi iyunun 12-də havaya qalxdıqdan az sonra Meqani Naqar bölgəsində qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 229 sərnişin, 12 ekipaj üzvü və təyyarənəin qəzaya uğradığı yaşayış massivindəki 29 nəfər həyatını itirib. Təyyarənin qara qutuları qəzadan bir neçə gün sonra tapılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər