- 20:02
Türkiyənin Tokat şəhərində 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili park edilmiş yük maşınına çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Şəbnəm Mehdizadə