Türkiyədə 15 yeni dini tikili tapıldı - FOTO


  • 17:58

Türkiyənin Qaramanın vilayətində 15 dini tikili və yeni yaşayış məntəqəsi müəyyən edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tikililər Karadağda Binbir Kilise bölgəsində aşkar olunub.

Tapıntılar bölgənin çox qədim yaşayış məskəni olduğunu ortaya çıxarıb.

Burada çoxlu komplekslər, sisternlər, açıq kult sahələri, kitabələr, türbələr, kilsələr və ibadətgahlar müəyyən edilib.

Bu strukturlar bölgənin Bizans dini memarlığı baxımından daha zəngin olduğunu ortaya qoyub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər