İsveçrədə buzlaqların çökməsi nəticəsində dağılmış kənddə cəsəd tapıldı


  • 18:10

İsveçrənin cənubundakı Vale kantonunda yerləşən və buzlaqların çökməsi nəticəsində az qala dağılmış Blatten kəndində bir ay sonra cəsəd tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətin baş verdiyi kənddə tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, Valais kantonunun səlahiyyətliləri Blatten kəndinin buzlaqların hərəkəti ilə əlaqədar "xüsusi vəziyyətdə" olduğunu açıqlayıb və mayın 19-da təxminən 300 nəfərin yaşadığı kəndi boşaldıb.

Mayın 29-da dağılan buzlağın nəhəng hissəsinin altında qalan kənd demək olar ki, tamamilə dağılıb.

Hadisədən sonra kənddə bir nəfərin itkin düşdüyü bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər