Almaniyada xəstəxanaların iflas riski artır


  • 26 İyun 18:43

Almaniyada xəstəxanaların iqtisadi vəziyyətinin pisləşməkdə davam etdiyi bildirilir.

E-huquq.az xəbər verir ki, "Leibniz" İqtisadi Tədqiqatlar İnstitutu (RWI) və Sağlamlıq Biznes İnstitutu (hcb) tərəfindən hazırlanmış "2025-ci il üzrə Xəstəxanaların Reytinq Hesabatı" dərc olunub.

Hesabata görə, 2020-ci ildə xəstəxanaların təxminən 22 faizi zərər edib, 2023-cü ildə bu rəqəm 43 faizə yüksəlib.

Xəstəxanaların orta iflas riski 1,8 faizə yüksəlib. Xəstəxanaların 16 faizi qırmızı zonada, 21 faizi sarı zonada və 63 faizi yaşıl zonada yer alıb.

Hesabatda xəstəxanaların yarısının yalnız növbəti iki həftə və ya daha az müddət üçün kifayət qədər pulu olduğu bildirilir: "Bu, Almaniya xəstəxanalarının iqtisadi vəziyyətini əvvəlkindən daha gərgin edir. Səhiyyə sistemində əsaslı islahatlar aparılmasa, sosial sığorta haqları 2035-ci ilə qədər 50 faizi ötmək riski altındadır ki, bu da ağlabatan hədləri çox-çox aşır".

Hesabatda deyilir ki, yeni federal hökumət tərəfindən planlaşdırılan tədbirlər düzgün istiqamətdə atılan addımlar kimi təsvir edilib, lakin onlar səhiyyə sisteminin davamlı maliyyə sabitliyini təmin etmək üçün yetərli olmayıb.

RWI Səhiyyə Mütəxəssisi Prof. Dr. Boris Auqurzki deyib ki, xəstəxanaların iqtisadi vəziyyəti heç vaxt bu qədər gərgin olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər