- 26 İyun 23:25
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün bu ölkəyə gələn Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Putin və Lukaşenko görüş zamanı bir-birlərini möhkəm qucaqlayıblar. Belarus lideri digər dövlət başçılarını da bu cür salamlayıb.
"Bu gün Vladimir Putin Minskə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə gəlib, burada Ali Avrasiya İqtisadi Şurasının iclasında və IV Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək", - deyə Lokaşenko söyləyib.
***
Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.
E-huquq.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.
Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb.
Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.