Yaponiyada 2022-ci ildən bəri ilk edam hökmü icra edildi


  • 09:39

Yaponiyada 2022-ci ildən bəri ilk edam hökmü icra edilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası məlumat yayıb.

İttihama görə, cinayətkar 2021-ci ildə doqquz adamı öldürdüyü üçün ölüm cəzasına məhkum edilib. Belə ki, 34 yaşlı Takahiro Şiraişi sosial şəbəkə vasitəsilə intihara meyilli yeniyetmələri və gəncləri öz mənzilinə aparıb, sonra isə öldürüb.

Qeyd edək ki, Yaponiyada ölüm hökmü asılmaqla həyata keçirilir.

Humay Eminqızı

Oxşar xəbərlər