Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb


  • 13:21

Belarusun paytaxtı Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclası başlayıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin, sammitin ev sahibi Belarus prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan prezidenti Sadır Japarov da iştirak edir. Ermənistanın baş naziri Nikol Paşinyan görüşə videobağlantı vasitəsilə qoşulub.

Dar tərkibdə keçiriləcək görüşdə liderlər ölkələri arasındakı münasibətlərə dair ən həssas məsələləri müzakirə edəcək.

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Baxıtjan Sağıntayevin məruzəsindən sonra sərbəst müzakirənin keçirilməsi gözlənilir.

İclasdan sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü gözlənilir. Bu görüşə müşahidəçi dövlətlərin – Kuba və Özbəkistanın, həmçinin qonaq ölkələrin – Monqolustan və BƏƏ-nin nümayəndələri də qoşulacaqlar.

Humay Eminqızı

Oxşar xəbərlər