Rusiya Ukraynaya casusluqda ittiham olunan şəxsi saxladı


  • 13:44

Hərbi nəqliyyat infrastrukturuna və hərbi hissələrin yerləşdiyi ərazilərə dair məlumat topladığı üçün saxlanılan Krım sakini dindirilmə zamanı Ukrayna Təhlükəsizlik Xidmətinə işlədiyini etiraf edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Mənimlə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları əlaqə saxladılar. Onlara hərbi avtomobillərin hərəkəti ilə bağlı məlumat ötürürdüm”, - deyə təqsirləndirilən şəxs bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxs partlayıcı qurğu hazırlamaq məqsədilə çəkisi 1 kiloqramdan artıq olan partlayıcı maddəni gizlədilmiş yerdən çıxarmağa cəhd edərkən saxlanılıb.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsaslarla əməkdaşlıq) üzrə cinayət işi başlanıb.

Humay Eminqızı

Oxşar xəbərlər