- 19:56
ABŞ-nin Fort-Uort şəhərində dəhşətli qətl hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 5 il boyunca “American Airlines” şirkətində çalışan 47 yaşlı Rana Nofal Soluri 11 iyun tarixində itkin düşüb. Onun həmkarı polisə müraciət edib.
Məlum olub ki, stüardessa təxminən bir il 66 yaşlı Dennis Uilyam Dey ilə eyni evdə yaşayıb.
İstintaq zamanı polis evdəki kameraların görüntülərini araşdırıb və onlardan birində Deyin həyətdə hərəkətsiz bir cismi sürüklədiyi əks olunub.
66 yaşlı şəxs qadını mətbəxdə qətlə yetirdikdən sonra cəsədini zibil konteynerində şəhərdən kənara apararaq körpüdən çaya atdığını etiraf edib.
Qeyd edək ki, qadının cəsədi hələ də tapılmayıb.
Humay Eminqızı