Türkiyənin bir neçə vilayətində meşə yanğınları başlayıb


  • 14:00

Türkiyənin Tekirdağ, Sakarya, İzmir, Antalya ve Kahramanmaraş şəhərlərində meşə sahələrin yanır.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tekirdağın Şarköy mahalında, Sakaryanın Taraklı rayonunda, İzmirin Əliağa rayonunda, Antalyanın Aksu və Kumluca rayonlarında, Kahramanmaraşın Türkoğlu rayonunda naməlum səbəbdən meşə yanğınları başlayıb.

Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr edilir.

Qeyd edək ki, indiyədək sadəcə Antalyada yanğının qarşısını almaq mümkün olub.

Humay Eminqızı

Oxşar xəbərlər