- 19:56
Türkiyənin Adıyaman şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərdə yerləşən tekstil və mebel fabrikində naməlum səbəbdən yanğın başlayıb.
İşçilər fabrikdən dərhal təxliyə edilib.
Əraziyə çoxlu sayda yanğınsöndürmə qrupu cəlb edilib.
Qruplar tərəfindən nəzarət altına alınan yanğında soyutma işləri davam edir.
Şəbnəm Mehdizadə