- 19:56
Türkiyənin İstanbul şəhərində cinayətkar dəstələrə qarşı əməliyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində Beylikdüzündə bəzi dövlət məmurlarını təhdid etdiyi və onlardan külli miqdarda pul tələb etdikləri müəyyən edilib.
İstintaq çərçivəsində bəzi söhbətlər kamera qeydləri ilə lentə alınıb.
Polisin eyni vaxtda keçirdiyi əməliyyatlarda İstanbulda 17, Bursada isə 1 şübhəli saxlanılıb. Axtarışlar zamanı sənədsiz silahlar və təxminən 3500 ABŞ dolları ələ keçirilib.
Şübhəlilərin istintaqı davam edir.
Şəbnəm Mehdizadə