- 19:56
Pakistanın Pəncab əyalətində güclü yağış və tufanlar nəticəsində 10 nəfər həyatını itirib.
E-huquq.az Dawn qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistan Regional Fəlakət İdarəetmə Təşkilatının (PDMA) baş direktoru İrfan Əli Kathia məlumat verib.
Baş direktor yağışların iyulun 1-dək davam edəcəyini söyləyib.
Qurum rəsmisi vətəndaşların ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə