Almaniyada məscidlərə hücumların sayı kəskin artıb


  • 27 İyun 14:37

Almaniyada ötən il məscidlərə qarşı 175 hücum edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, indiyədək ən yüksək göstərici hesab olunur.

İsrail ilə Fələstin arasında qarşıdurmanın başladıqdan sonra Almaniyada məscidlərə edilən hücumların əhəmiyyətli dərəcədə artdığı bildirilib.

Belə ki, 2023-cü ilin oktyabr ayına qədər məscidlərə 43, 2023-cü ilin son 3 ayında isə 100 hücum olub.

2024-cü ildə də hücumların sayı artmaqda davam edib və rekord həddə çatıb.

Yaxın Şərqdəki qarşıdurmaların Almaniyada da cəmiyyətə təsir etdiyi və məscidlərə qarşı rekord həddə çatan hücumların narahatedici məsələ olduğu vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər