Nigeriyada son aylarda leysan yağışlar və daşqınlar zamanı 220 nəfər ölüb


  • 14:47

Nigeriyada leysan yağışlar, tufanlar və daşqınlar nəticəsində mart-iyun ayları arasında azı 220 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə yağan güclü yağışlar, tufanlar və daşqınlar nəticəsində 60-dan çox insan yaralanıb, 2500-dən çox ev dağıdılıb,

8000-dən çox insan didərgin düşüb. Sokoto, Kaduna, Taraba, Cross River, Ekiti, Oqun, Niger və İmo əyalətlərini əhatə edən fəlakətlər bir çox yaşayış məntəqəsində böyük dağıntılara səbəb olub.

Nigeriya Hidroloji Xidmətlər Agentliyi (NHSA) daşqın riskinin səbəbləri kimi qeyri-adekvat infrastruktur, planlaşdırılmamış urbanizasiya və zəif drenaj sistemlərini göstərib. Qurumun yaydığı məlumatda bəzi bölgələrin hələ də yüksək risk zonasında olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər