İranın Məşhəd şəhərində beynəlxalq uçuşlar bərpa edilib


  • 15:35

İranın Məşhəd şəhərində beynəlxalq uçuşlar bərpa edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu məlumat verib.

Nazir qeyd edib ki, Məşhəd-İstanbul xəttində İran aviadaşıyıcılarının İstanbula uçuşları bu gün bərpa olunub. Beləliklə Türkiyə ilə İran arasında hava nəqliyyatı 15 günlük fasilədən sonra qismən açılır.

Nazir İran tərəfdə qalan təyyarələrin xüsusi icazə ilə Türkiyəyə qaytarılması ilə bağlı İran rəsmiləri ilə danışıqları davam etdirdiyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər