- 27 İyun 22:53
Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən iyirmidən çox vətəndaş polis bölməsinə aparılıb.
Bu barədə e-huquq.az yerli mətbuata istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.
“Başlanmış cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılaraq polis bölmələrinə aparılıb”, - nazirlikdən bildirilib.
Daha əvvəl İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışdığı Eçmiədzin Ana taxtının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni fəaliyyətinə mane olma faktı ilə bağlı cinayət işinin başlandığını bildirib.