- 27 İyun 21:56
Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında kiçik mühərikli təyyarə qəzası nəticəsində üç nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
“Təyyarə yaşayış massivində qəzaya uğrayıb, lakin yaşayış binalarının üzərinə düşməyib”, - məlumatda bildirilib.
Polis hadisənin baş verdiyi ərazini mühasirəyə alıb, hadisə yerində təcili yardım xidmətləri işləyir.
Qəza ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi açıqlanmır.