Məzmuna keç

Rusiyada baş nazirin keçmiş köməkçisi tutuldu

Kazanda Tatarıstanın baş nazirinin keçmiş köməkçisi İlgiz Latipov həbs edilib.

E-huquq.az xəbər verir ki, sabiq məmur rüşvətxorluqda ittiham olunub.

O, şübhəli şəxs qismində avqustun 25-də saxlanılmışdı.

Məhkəmədə təqaüdçü və işsiz olduğunu bildirən Latipov ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə onun vəsatətini qəbul etməyib.