İraqda Türkiyə Ordusunun taboruna hücum oldu, 10 hərbçi yaralandı


  • 28 İyun 22:16

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.

O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.

Onun sözlərin görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər.

Oxşar xəbərlər