- 08:10
İsrail Qəzza zolağında HAMAS-ın qurucularından birini – təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tutan şəxsi zərərsizləşdirdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzzanın Sabra bölgəsində HAMAS təşkilatının qurucularından biri olan Xaxam Məhəmməd İssa əl-İssuya qarşı əməliyyat keçirib. O, təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsini tuturdu və hücum nəticəsində məhv edilib", - məlumatda deyilir.