- 08:10
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 78 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.