Qəzzada son sutkada 88 nəfər həlak oldu


  • 17:24

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 88 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində Qəzza zolağında 88 nəfərin cəsədi təhvil verilib. Həmçinin 365 yaralı xəstəxanalara çatdırılıb", - deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana qurbanların ümumi sayı 56 500 nəfərdir, 133 419 nəfər yaralanıb.

Oxşar xəbərlər