- 17:24
İranın Təbriz şəhərində neft emalı zavodunun tikintisi davam edən bloklarından birində azot çəni partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə yerli "Tasnim" agentliyi məlumat yayıb.
Qəza nəticəsində neft emalı zavodunun ətrafını qalın tüstü bürüyüb.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb, zavod adi rejimdə işləməyə davam edir.