Antalyada meşə yanğını başlayıb


  • 10:34

Türkiyənin Antalya şəhərində meşə yanğını başlayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Qazipaşa mahalında meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Külək nəticəsində sürətlə böyüyən yanğının söndürülməsi üçün əraziyə 3 helikopter, 8 su maşını, və çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Bir evin sakinləri təxliyə edib.

Yanğın nəticəsində meşə sahəsinə ciddi ziyan dəyib.

Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər